Qadın voleybolçulardan ibarət millimizin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

7 İyul 2026 12:16
110
Qadın voleybolçulardan ibarət millimizin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

İdman.Biz xəbər verir ki, komandanın baş məşqçisi Faiq Qarayev heyətə 16 voleybolçunun adını daxil edib.

Kristina Besman (Omichka)

Raziye Əliyeva (DH Volley)

Natalia Soloveva (Murov Az Terminal)

Polina Rəhimova (GS Panionios)

Yelizaveta Ruban (Leningradka)

Margarita Stepanenko (UNEC)

Nərminə Musayeva (Gəncə)

Ülkər Kərimova (Turan VC)

İlhamə Əzimova (AZERRAIL)

Kseniya Pavlenko (Milli Aviasiya Akademiyası)

Ayşən Abduləzimova (Turan)

Aynur İmanova (DH Volley)

Mariya Kirilyuk (Yenisey)

Yuliya Kərimova (Turan)

Bəyaz Quluyeva (DH Volley)

Ceyran İmanova (DH Volley)

Qeyd edək ki, Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri mübarizə aparacaqlar. Bakıdakı qarşılaşmalar avqustun 21-28-i Milli Gimnastika Arenasında keçiriləcək.

İdman.Biz