Qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları Gümüş Avropa Liqasında mübarizəni davam etdirirlər.
İdman.Biz xəbər verir ki, hər iki yığmamız bu gün ikinci turun oyunlarının keçiriləcəyi ölkələrə yola düşüb.
Qadınlardan ibarət milli komandamız ikinci turun oyunlarını İspaniyanın Alikante şəhərində keçirəcək. Yığmamız bu mərhələdə Şimali Makedoniya və ev sahibi İspaniya milliləri ilə qarşılaşacaq.
Kişilərdən ibarət milli komandamız isə növbəti turun oyunlarını Rumıniyanın Mioveni şəhərində keçirəcək. Komandamız bu mərhələdə İspaniya və Rumıniya yığmaları ilə qüvvəsini sınayacaq.
Qadınlar
12-14 iyun 2026 (İspaniya)
12.06.2026. 21:30. Şimali Makedoniya - İspaniya
13.06.2026. 20:30. Azərbaycan - Şimali Makedoniya
14.06.2026. 20:00. İspaniya - Azərbaycan
Kişilər
12-14 iyun 2026 (Rumıniya)
12.06.2026. 20:00. Azərbaycan - Rumıniya
13.06.2026. 20:00. İspaniya - Azərbaycan
14.06.2026. 20:00. Rumıniya - İspaniya
Qeyd edək ki, Gümüş Avropa Liqasında ikinci turun oyunları 12-14 iyun tarixlərində keçiriləcək.
