“Kişi voleybolçulardan ibarət “Neftçi” komandası Azərbaycan Yüksək Liqasının üçüncü yer uğrunda oyununda xarakter nümayiş etdirib”.
Bu barədə “ağ-qaralar”ın baş məşqçisi Viktor Boldariev deyib.
Mütəxəssis “Murov Az Terminal”ı 3:0 hesabı ilə məğlub etdikləri qarşılaşmadan sonra fikirlərini bölüşüb.
“Qələbə qazandığımız üçün sevinirik. Adımızı medalçılar sırasına yazdıra bildik. Oyunçular xarakter nümayiş etdirdilər və güclü rəqiblə dueldən qalib ayrıldılar”, - deyə o, report.az-a açıqlamasında söyləyib.
O, finala vəsiqə qazana bilməmələrinin səbəbini də açıqlayıb: “Bu, bizim kadr problemi ilə bağlı idi. Voleybol tarixində çox nadir hallarda rast gəlinən hadisə baş verdi. Pley-off oyunlarına 3-4 gün qalmış iki aparıcı voleybolçumuz zədələndi. Bu isə komandaya təsir etmişdi”.
Baş məşqçi növbəti mövsümdəki hədəflər və komandadakı taleyi ilə bağlı danışmaq istəməyib.
