“DH Volley”in baş məşqçisi: “Ümid edirəm ki, finala uyğun oyun keçirib, qalib gələcəyik”

17 Aprel 2026 15:10
150
“DH Volley”in baş məşqçisi: “Ümid edirəm ki, finala uyğun oyun keçirib, qalib gələcəyik”

“Mövsümün əvvəlindən rəhbərlik tərəfindən qarşıya qoyulan hədəf çempionluqdur”.

Bu sözləri qadın voleybolçuların Yüksək Liqasının finalında “Turan”la qarşılaşacaq “DH Volley” komandasının baş məşqçisi Fərid Cəlalov deyib.

Mütəxəssis əhval-ruhiyyəsi yüksək olan tərəfin qızıl medallara sahib çıxacağını söyləyib.

“Ümid edirəm ki, finala uyğun oyun keçirib, qalib gələcəyik. Rəqibin də heyətində tanıdığım keyfiyyətli oyunçular var. Mövsüm boyu finala yüksəlməyi düşünürdük. Növbəti sezon haqqında indidən danışmaq tezdir. Finaldakı nəticədən çox şey asılı olacaq. Mən özüm də klubla yeni müqavilə barədə danışıqlar aparmamışam”, - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, final qarşılaşması aprelin 19-u saat 16:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

İdman.Biz