Azərbaycan millisi Estoniyanı üç setdə məğlub edib - YENİLƏNİB + FOTO

7 İyun 2026 20:17
948
Azərbaycan millisi Estoniyanı üç setdə məğlub edib - YENİLƏNİB + FOTO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında növbəti oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda Estoniya yığması ilə qarşılaşıb.

Bakıda, Gəncələr və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmamız setləri 25:15, 25:14 və 25:20 hesabı ilə xeyrinə başa vurub.

Bu, komandamızın turnirdə ilk qələbəsi olub. Azərbaycan millisi əvvəlki görüşdə İsveç yığmasına 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Avropa Liqasının ikinci mərhələsinin oyunları 12-14 iyun tarixlərində İspaniyada keçiriləcək. Azərbaycan millisi bu mərhələdə ev sahibi İspaniya və Şimali Makedoniya yığmaları ilə qarşılaşacaq.

09:57

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa Liqasında növbəti matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, yığmamız Bakıda Estoniya seçməsi ilə qarşılaşacaq. Görüş saat 18:00-da GİN-in Voleybol Mərkəzində baş tutacaq.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv bundan əvvəl İsveç yığmasına uduzub. Görüş rəqibin 3:0 (25:19, 25:14, 25:23) hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz