Azərbaycan millisi Avropa Liqasına məğlubiyyətlə başlayıb - YENİLƏNİB

6 İyun 2026 20:01
881
Azərbaycan millisi Avropa Liqasına məğlubiyyətlə başlayıb

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəyə məğlubiyyətlə başlayıb.

İdman.Biz-in məlumatına görə, Boris Qrebennikovun baş məşqçisi olduğu kollektiv İsveçdə Yunanıstan yığması ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:0 (20:25, 22:25, 7:25) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komanda növbəti matçını sabah ev sahibi İsveçə qarşı keçirəcək.

11:59

Bu gün Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Gümüş Avropa Liqasında mübarizəyə start verəcək.

İdman.Biz xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu komanda İsveçdə Yunanıstan yığması ilə qarşılaşacaq.

Görüş Lund şəhərində, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, komanda növbəti matçını sabah ev sahibi İsveçə qarşı keçirəcək.

İdman.Biz