Azərbaycan Yüksək Liqası: “Milli Aviasiya Akademiyası” və “Gəncə” yarımfinalda - YENİLƏNİB

3 Aprel 2026 21:25
1 060
Azərbaycan Yüksək Liqası: “Milli Aviasiya Akademiyası” və “Gəncə” yarımfinalda

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin növbəti oyunu baş tutub.

İdman.Biz bildirir ki, “Gəncə” UNEC-i məğlub edib - 3:2 (23:25, 25:22, 25:22, 20:25, 15:9).

Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

Beləliklə, “Gəncə” də yarımfinala vəsiqə qazanıb.

19:38

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin növbəti oyunu baş tutub.

İdman.Biz bildirir ki, “Milli Aviasiya Akademiyası” “Abşeron”u məğlub edib - 3:1 (25:18, 18:25, 25:19, 25:18).

Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

Beləliklə, “Milli Aviasiya Akademiyası” yarımfinala vəsiqə qazanıb.

10:06

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunu baş tutacaq.

İdman.Biz xəbər verir ki, hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Günün ilk qarşılaşmasında “Milli Aviasiya Akademiyası” ilə “Abşeron” üz-üzə gələcək. Görüş saat 16:00-da başlayacaq. Komandaların ilk duelində “Milli Aviasiya Akademiyası” 3:2 hesablı qələbə qazanıb.

Günün ikinci oyununda “Gəncə” UNEC-lə münasibətlərə aydınlıq gətirəcək. Bu matç saat 18:00-da start götürəcək. Tərəflər arasında keçirilən ilk oyunda bölgə təmsilçisi 3:2 hesabı ilə üstün olub.

Qeyd edək ki, “Turan” və “DH Volley” komandaları artıq yarımfinal mərhələsinə yüksəliblər.

İdman.Biz