U-18 Azərbaycan voleybol millisi Avropa çempionatında mübarizəni başa vurub - FOTO

30 Mart 2026 13:14
104
U-18 Azərbaycan voleybol millisi Avropa çempionatında mübarizəni başa vurub - FOTO

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ikinci təsnifat mərhələsində mübarizəsini başa vurub.

İdman.biz xəbər verir ki, İspaniyanın Kadis şəhərində start götürən yarışda C qrupunda yer alan millimiz ev sahibi İspaniya ilə yanaşı, Estoniya və Niderland yığmaları ilə qarşılaşıb.

Komandamız keçirdiyi bütün oyunlarda məğlub olub.

Belə ki, Azərbaycan millisi 27 martda İspaniyaya 0:3, 28 martda Niderlanda 0:3, 29 martda isə Estoniyaya 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, AVRO-2026-nın ikinci təsnifat mərhələsində 20 komanda beş qrupda mübarizə aparıb və qrup qalibləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanıb.

İdman.Biz