Jovana Gogic: “Növbəti oyunun bizim üçün daha da yaxşı keçəcəyinə ümid edirəm”

28 Mart 2026 20:50
137
Jovana Gogic: “Növbəti oyunun bizim üçün daha da yaxşı keçəcəyinə ümid edirəm”

“Bugünkü oyunda qalib gəldiyimiz üçün çox xoşbəxtəm”.

İdman.Biz bildirir ki, bu sözləri “Milli Aviasiya Akademiyası” voleybol klubunun toppaylayıcısı Jovana Gogic “Abşeron”la oyundan sonra deyib.

Matç 3:2 hesabı ilə “Milli Aviasiya Akademiyası”nın xeyrinə qurtarıb.

“Düşünürəm ki, yeni zalda oynamaq hər iki komanda üçün çətin idi, lakin burada oynadığımız üçün şadıq.

“Abşeron” komandasını çox yaxşı mübarizə apardıqlarına görə təbrik edirəm. Növbəti oyunun bizim üçün daha da yaxşı keçəcəyinə ümid edirəm”, - Gogic bildirib.

İdman.Biz