Azərbaycan Yüksək Liqası: “Murov Az Terminal”, “Ordu” və “Xilasedici” qələbə qazanıblar - YENİLƏNİB

26 Mart 2026 21:05
438
Azərbaycan Yüksək Liqası: “Murov Az Terminal”, “Ordu” və “Xilasedici” qələbə qazanıblar

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.

İdman.Biz-in məlumatına görə, 19-cu turun ilk qarşılaşmasında “Murov Az Terminal” “Gənclər”i 3:0 hesabı ilə üstələyib.

Günün növbəti matçlarında “Ordu” “Azərreyl”i (3:1), “Xilasedici” “Neftçi”ni (3:1) məğlub edib.

Müntəzəm mövsümün sonuncu – 20-ci turu martın 30-da keçiriləcək.

10:13

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 19-cu turun növbəti oyunları baş tutacaq.

İdman.Biz xəbər verir ki, turun açılış matçında “Murov AZ Terminal” komandası “Gənclər”lə üz-üzə gələcək.

Qarşılaşma Abşeron Olimpiya İdman Kompleksində saat 15:00-da başlayacaq.

Digər oyunlar isə saat 16:00-a təyin olunub. “Azərreyl” “Ordu” ilə, “Xilasedici” isə “Neftçi” ilə qarşılaşacaq. Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

Qeyd edək ki, müntəzəm çempionatın sonuncu - 20-ci turunun oyunları martın 30-na planlaşdırılıb.

İdman.Biz