Azərbaycan Yüksək Liqası: “Gəncə” UNEC-i məğlub edib - YENİLƏNİB

28 Mart 2026 21:41
475
Azərbaycan Yüksək Liqası: “Gəncə” UNEC-i məğlub edib - YENİLƏNİB

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

UNEC komandası “Gəncə” ilə münasibətlərinə aydınlıq gətirib.

Oyun 3:2 (25:19, 25:21, 16:25, 23:25, 16:14) hesabı ilə “Gəncə”nin xeyrinə qurtarıb.

17:58

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, qarşılaşmalar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Günün ilk matçında “Abşeron” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəlib. Gərgin və maraqlı keçən qarşılaşmada “Milli Aviasiya Akademiyası” rəqibini 3:2 hesabı ilə məğlub edib.

17:00-da başlayan digər oyunda isə UNEC komandası “Gəncə” ilə münasibətlərinə aydınlıq gətirir.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər görüşlərində “Azərreyl” “DH Volley”ə, “Murov Az Terminal” isə “Turan”a 0:3 hesabı ilə uduzub. Cavab matçları aprelin 2-3-də keçiriləcək.

İdman.Biz