“DH Volley” “Azərreyl” üzərində inamlı qələbə qazanıb - YENİLƏNİB

27 Mart 2026 21:39
435
“DH Volley” “Azərreyl” üzərində inamlı qələbə qazanıb - YENİLƏNİB

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələsinin daha bir oyunu olub.

İdman.Biz bildirir ki, “Azərreyl” “DH Volley” ilə üz-üzə gəlib.

Oyun 3:0 hesabı ilə “DH Volley”in xeyrinə bitib.

16:57

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələsi start götürüb.

İdman.Biz xəbər verir ki, 1/4 final mərhələsinin açılış günündə bir neçə qarşılaşma nəzərdə tutulub.

Günün ilk matçında “Turan” rəqibi “Murov Az Terminal” üzərində inamlı qələbə qazanıb. Görüş 0:3 hesabı ilə başa çatıb.

Setlərin nəticələri belə olub: 20:25, 18:25, 18:25.

Saat 17:00-da başlayacaq matçda “Azərreyl” “DH Volley” ilə üz-üzə gələcək. Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Bu raundun digər ilk oyunları martın 28-də olacaq. Cavab matçları 2-3 apreldə keçiriləcək.

10:19

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələsi start götürəcək.

İdman.Biz xəbər verir ki, açılış günündə 1/4 final çərçivəsində iki oyun keçiriləcək.

İlk qarşılaşma saat 15:00-da “Murov Az Terminal” ilə “Turan” arasında baş tutacaq. Günün digər matçında isə saat 17:00-da “Azərreyl” “DH Volley” ilə üz-üzə gələcək. Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Bu raundun digər ilk oyunları martın 28-də olacaq. Cavab matçları 2-3 apreldə keçiriləcək.

İdman.Biz