Yeniyetmə voleybolçular arasında Azərbaycan birinciliyinin finalçıları müəyyənləşib

28 Mart 2026 22:37
137
Yeniyetmə voleybolçular arasında Azərbaycan birinciliyinin finalçıları müəyyənləşib

Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalında 14 yaşadək (U-14) qızlar və oğlanlar arasında voleybol üzrə Azərbaycan birinciliyinin yarımfinal oyunları keçirilib.

İdman.Biz bildirir ki, qızların yarışında ilk yarımfinal qarşılaşmasında “AZERRAIL” komandası “Möminə Xatun” ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən “AZERRAIL” finala vəsiqə qazanıb. Digər yarımfinal matçında isə “Turan” komandası “Şərqi Zəngəzur RVK” üzərində 2:0 hesablı qələbə qazanaraq finala yüksəlib.

Beləliklə, sabah keçiriləcək üçüncü yer uğrunda oyunda “Möminə Xatun” və “Şərqi Zəngəzur RVK”, final görüşündə isə “AZERRAIL” və “Turan” komandaları qarşılaşacaqlar.

Günün ikinci yarısında oğlanlar arasında yarımfinal oyunları baş tutub. İlk yarımfinal qarşılaşmasında “Naxçıvan” komandası “Sumqayıt RVK” üzərində 2:0 hesablı qələbə qazanaraq finala yüksəlib. Digər yarımfinal matçında isə “Oğuz RVK” komandası 2:1 hesabı ilə “Bakı RVK”nı məğlub edərək finala vəsiqə əldə edib.

Beləliklə, oğlanların yarışında üçüncü yer uğrunda oyunda “Sumqayıt RVK” və “Bakı RVK”, final qarşılaşmasında isə “Naxçıvan” və “Oğuz RVK” komandaları üz-üzə gələcəklər.

Sabah keçiriləcək üçüncü yer uğrunda və final görüşləri GİN-in Voleybol Mərkəzində təşkil olunacaq. Oyunlardan sonra qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.

Yarımfinal oyunlarınn nəticələri

28 mart
U-14 (qızlar)

“AZERRAIL – “Möminə Xatun” 2:0 (25:22, 25:22)
“Turan” - “Şərqi Zəngəzur RVK” 2:0 (25:19, 25:21)
Ünvan: AVF-nin idman zalı

U-14 (oğlanlar)
“Naxçıvan” - “Sumqayıt RVK” 2:0 (25:16, 26:24)
“Bakı RVK” – “Oğuz RVK” 1:2 (25:23, 15:25, 11:15)
Ünvan: AVF-nin idman zalı

İdman.Biz