Yüksək Liqa: “Azerreyl”, “Ordu” və “Xilasedici”dən qələbə - YENİLƏNİB

30 Mart 2026 22:23
510
Yüksək Liqa: “Azerreyl”, “Ordu” və “Xilasedici”dən qələbə

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümə yekun vurulub.

İdman.Biz bildirir ki, günün son oyununda “Murov Az Terminal” “Xilasedici”yə məğlub olub - 0:3.

20:28

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümə yekun vurulur.

İdman.Biz xəbər verir ki, 20-ci turun iki oyunu artıq başa çatıb.

“Ordu” “Gənclər”ə, “Azərreyl” isə “Neftçi”yə 3:2 hesabı ilə qalib gəlib.

11:13

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümə yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, 20-ci turun oyunları eyni gündə keçiriləcək.

Saat 14:00-da “Ordu” “Gənclər”lə, 16:00-da “Neftçi” “Azərreyl”lə, 18:00-da “Murov Az Terminal” “Xilasedici” ilə üz-üzə gələcək.

Bütün qarşılaşmalar Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.

İdman.Biz