ABŞ və İsrailin İrana qarşı hərbi hücumlarından sonra bu ölkəni tərk edən kubalı voleybolçu Luis Elian Estrada Türkiyə sərhədində çətin anlar yaşayıb. Kapıköy kömrük məntəqəsinə gələn idmançı nə Türkiyəyə daxil ola bilib, nə də İrana geri qayıda bilib.
İdman.Biz xəbər verir ki, Estrada sosial şəbəkə hesabından paylaşdığı videoda 24 saatdan çoxdur oturacaqda yatdığını bildirib. O, İranda internetin olmaması səbəbindən viza prosedurlarını yerinə yetirə bilmədiyini və pasportuna çıxış möhürü vurulduğu üçün geri dönə bilmədiyini qeyd edib:
“Allaha and olsun, həyatım boyu belə vəziyyətə düşəcəyimi düşünməzdim. Bunu heç kimə, hətta ən pis düşmənimə belə arzulamıram”.
Voleybolçunun yardım çağırışına Türkiyə polisi dərhal reaksiya verib. Yaranmış viza böhranı qısa müddətdə həll edilib və Estradanın Türkiyəyə girişi təmin olunub.
