Azərbaycan Yüksək Liqası: “Abşeron” və “DH Volley” qələbə qazanıblar - YENİLƏNİB + FOTO

26 Fevral 2026 20:44
193
Azərbaycan Yüksək Liqası: “Abşeron” və “DH Volley” qələbə qazanıblar

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 15-ci tura start verilib.

İdman.Biz-in məlumatına görə, turun ilk oyun günündə iki görüş baş tutub.

Əvvəlcə “Abşeron” “Murov Az Terminal”ı 3:1 (25:14, 21:25, 25:17, 25:13) hesabı ilə üstələyib. Ardınca isə “DH Volley” komandası “Gəncə"ni məğlub edib - 3:2.

Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

Qeyd edək ki, 15-ci tura fevralın 27-də yekun vurulacaq.

10:08

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 15-ci tura start veriləcək.

İdman.Biz xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Saat 16:00-da “Abşeron” komandası “Murov Az Terminal”la qarşılaşacaq. Günün ikinci oyununda isə saat 18:00-da “DH Volley” ilə “Gəncə” kollektivləri üz-üzə gələcək.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.

Qeyd edək ki, 15-ci tura fevralın 27-də yekun vurulacaq.

İdman.Biz