Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 15-ci tura yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, “Xilasedici” “Murov Az Terminal” ilə üz-üzə gələcək.
Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında saat 16:00-da start götürəcək.
Qeyd edək ki, 15-ci turda daha əvvəl “Ordu” “Gənclər”i 3:0, “Neftçi” “Azərreyl”i 3:2 hesabı ilə üstələyib.
