Azərbaycan Yüksək Liqasında 15-ci turun daha iki matçı keçirilib - YENİLƏNİB

27 Fevral 2026 19:30
165
Azərbaycan Yüksək Liqasında 15-ci turun daha iki matçı keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 15-ci turun daha iki oyunu baş tutub.

İdman.Biz-in məlumatına görə, UNEC “Gənclər”i 3:0 (25:7, 25:15, 25:8) hesabı ilə üstələyib.

“Turan” isə səfərdə “Milli Aviasiya Akademiyası”na qalib gəlib - 3:2 (23:25, 23:25, 25:18, 25:20, 15:6)

Xatırladaq ki, 15-ci turda daha əvvəl “Abşeron” “Murov Az Terminal”ı (3:1), “DH Volley” “Gəncə”ni (3:2) məğlub edib.

10:52

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 15-ci turun daha iki matçı keçiriləcək.

İdman.Biz xəbər verir ki, hər iki görüş saat 17:00-da start götürəcək.

“Milli Aviasiya Akademiyası” “Turan”ı qəbul edəcək. Qarşılaşma “Milli Aviasiya Akademiyası”nın idman zalında keçiriləcək.

“Gənclər” isə UNEC-lə münasibətlərə aydınlıq gətirəcək. Oyun UNEC-in idman zalında təşkil ediləcək.

Qeyd edək ki, 15-ci turda daha əvvəl “Abşeron” “Murov Az Terminal”ı (3:1),”DH Volley” “Gəncə”ni (3:2) məğlub edib.

İdman.Biz