Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 15-ci tura start verilib - YENİLƏNİB

25 Fevral 2026 20:55
303
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 15-ci tura start verilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 15-ci tura start verilib.

İdman.Biz xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

Abşeron Olimpiya İdman Kompleksində üz-üzə gələn “Gənclər” və “Ordu” komandalarının duelində ikincilər 3:0 hesablı qələbəyə sevinib. Fövqəladə Hallar Nazirliyinin idman zalında isə “Neftçi” “Azərreyl”ə 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 15-ci tura fevralın 28-də yekun vurulacaq.

09:44

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 15-ci tur baş tutacaq.

İdman.Biz xəbər verir ki, turun ilk oyun günündə iki görüş keçiriləcək.

Abşeron Olimpiya İdman Kompleksində növbəti qarşılaşma çərçivəsində “Gənclər” komandası “Ordu” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Digər oyun isə Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək. Burada “Azərreyl” kollektivi “Neftçi” ilə üz-üzə gələcək.

Hər iki matçın start fiti saat 17:00-da səslənəcək.

Qeyd edək ki, 15-ci tura fevralın 28-də yekun vurulacaq.

İdman.Biz