Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 14-ci tura yekun vurulub - YENİLƏNİB

20 Fevral 2026 20:45
172
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 14-ci tura yekun vurulub

Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasında 14-cü tura yekun vurulub.

İdman.Biz xəbər verir ki, günün ilk matçında “Turan” Tovuzda UNEC kollektivini 3:0 (25:10, 25:18, 25:14) hesabı ilə üstələyib.

Ardınca isə “Murov Az Terminal” “Milli Aviasiya Akademiyası” komandasını 3:2 (22:25, 22:25, 26:24, 25:20, 15:10) hesabı ilə məğlub edib.

Qeyd edək ki, turun dünən baş tutan görüşlərində “DH Volley” “Gənclər”ə 3:0, “Abşeron” isə “Azərreyl”ə 3:2 hesabı ilə qalib gəlib.

10:59

Bu gün voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasında 14-cü tura yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, iki qarşılaşma keçiriləcək.

Günün açılış qarşılaşması Tovuz şəhərində baş tutacaq. “Turan” və UNEC komandaları saat 14:00-da Tovuz Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər.

Digər görüş isə saat 17:00-a planlaşdırılıb. “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” kollektivləri “Murov Az Terminal”ın idman zalında münasibətlərinə aydınlıq gətirəcəklər.

İdman.Biz