Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 14-cü tura yekun vurulub - YENİLƏNİB

18 Fevral 2026 22:25
151
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 14-cü tura yekun vurulub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 14-cü tura iki oyunla yekun vurulub.

İdman.Biz xəbər verir ki, “Azərreyl”lə qarşılaşan “Ordu” 3:2 (22:25, 26:28, 25:20, 25:21, 15:11) hesablı qələbə qazanıb.

“Xilasedici” isə “Neftçi”dən 3:0 (25:23, 25:18, 25:21) hesabı ilə üstün olub.

Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub.

09:37

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 14-cü tura iki matçla yekun vurulacaq.

İdman.biz xəbər verir ki, saat 16:00-da “Ordu” “Azərreyl” ilə qarşılaşacaq.

“Neftçi” - “Xilasedici” görüşü isə saat 19:00-da baş tutacaq.

Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq.

İdman.Biz