Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti matçları keçirilib - YENİLƏNİB

17 Fevral 2026 17:52
219
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti matçları keçirilib - YENİLƏNİB

Volyebol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib

İdman.Biz xəbər verir ki, kişi voleybolçuların Yüksək Liqasında 14-cü tura start verilib.

Turun açılış günündə “Murov Az Terminal” və “Gənclər” komandaları qarşılaşıblar. Abşeron Olimpiya İdman Kompleksində keçirilən görüşdə “Murov Az Terminal” rəqibinə şans verməyərək 3:0 (25:16, 25:14, 25:14) hesabı ilə qalib gəlib.

Qadınların mübarizəsində isə 13-cü turun oyunları başa çatıb. Son qarşılaşmada “Gəncə” komandası “Gənclər” üzərində inamlı qələbə qazanıb – 3:0 (25:10, 25:10, 25:9).

09:21

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 14-cü tura start veriləcək.

İdman.Biz xəbər verir ki, “Murov Az Terminal” “Gənclər” ilə qarşılaşacaq.

Görüş Abşeron Olimpiya İdman Kompleksində, saat 16:00-da baş tutacaq.

Qadın voleybolçular arasında isə 13-cü turun son oyunu keçiriləcək. “Gəncə” doğma meydanda “Gənclər” komandasını qəbul edəcək.

Bu qarşılaşma Gəncə İdman Sarayında, saat 14:00-da başlayacaq.

İdman.Biz