Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 13-cü tura start verilib - YENİLƏNİB

12 Fevral 2026 20:57
339
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 13-cü tura start verilib

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 13-cü tura start verilib.

İdman.Biz xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçirilib.

İlk olaraq “Azərreyl” ilə “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəlib. Görüş ikincilərin qələbəsi ilə başa çatıb - 3:1 (25:16, 26:24, 29:31, 25:20).

İkinci görüş “DH Volley” və “Turan” arasında olub. Matçda “DH Volley” üstün olub - 3:2 (25:23, 23:25, 25:10, 19:25, 15:13).

09:50

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 13-cü tura start verilir.

İdman.Biz xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Saat 16:00-da “Azərreyl” ilə “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gələcək.

Saat 18:00-da start götürəcək növbəti qarşılaşmada isə “DH Volley” kollektivi “Turan”la münasibətlərinə aydınlıq gətirəcək.

Hər iki oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.

Qeyd edək ki, 13-cü tura fevralın 17-də yekun vurulacaq.

İdman.Biz