Qadınlardan ibarət “Azərreyl” voleybol komandası heyətinə yeni oyunçu cəlb edib.
İdman.Biz kluba istinadən bildirir ki, braziliyalı diaqonal hücumçu Natiele Qonçalves cari mövsümün sonuna qədər "Azərreyl"in şərəfini qoruyacaq.
34 yaşlı voleybolçu beynəlxalq təcrübəsi və güclü hücum potensialı ilə seçilir.
