Qadın və kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqalarında 13-cü turun oyun cədvəli açıqlanıb

7 Fevral 2026 15:20
120
Qadın və kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqalarında 13-cü turun oyun cədvəli açıqlanıb

Qadın və kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqalarında 13-cü turun oyun cədvəli açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Kişilər arasında keçiriləcək qarşılaşmalar fevralın 11-nə təsadüf edəcək. Qadın voleybolçuların oyunları isə fevralın 12-13-də baş tutacaq.

11 fevral

Yüksək Liqa (kişilər) | 13-cü tur
16:00. “Murov Az Terminal” - “Ordu”
18:00. “Xilasedici” - “Azərreyl”

Fövqəladə Hallar Nazirliyinin idman zalı

17:00. “Gənclər” - “Neftçi”
Abşeron Olimpiya İdman Kompleksi

12 fevral
Yüksək Liqa (qadınlar) | 13-cü tur
16:00. “AZERRAIL” - “Milli Aviasiya Akademiyası”
18:00. “DH Volley” - “Turan”

Azərbaycan Voleybol Federasiyasının idman zalı

13 fevral
17:00. UNEC - “Murov Az Terminal”

UNEC-in idman zalı

İdman.Biz