Yeniyetmə oğlan və qız voleybolçular arasında Naxçıvan Muxtar Respublika zona birincilikləri üzrə birinci mərhələnin son oyunları oynanılıb.
İdman.Biz xəbər verir ki, U-18 yaş kateqoriyası üzrə oğlanların mübarizəsində üç qarşılaşma baş tutub.
Belə ki, Sədərək komandası Naxçıvana 1:3 hesabı ilə məğlub olub, Culfa Kəngərli üzərində 3:2 hesablı qələbə qazanıb, Sədərək isə Şəruru 3:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, yarışın ikinci və üçüncü mərhələsinin oyunları 10-12 fevral tarixlərində keçiriləcək.
