Azərbaycan Yüksək Liqası: Bu gün üç qarşılaşma keçirilib - YENİLƏNİB

5 Fevral 2026 21:35
186
Azərbaycan Yüksək Liqası: Bu gün üç qarşılaşma keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 12-ci tura start verilib.

İdman.Biz xəbər verir ki, turun ilk oyun günündə üç görüş baş tutub.

“Azərreyl” UNEC-i 3:1 (21:25, 25:17, 25:15, 25:19) hesabı ilə məğlub edib. “Turan” “Gəncə”ni 3:1 (24:26, 25:23, 25:12, 25:23), “Milli Aviasiya Akademiyası” isə “Abşeron”a 3:1 (25:15, 20:25, 25:15, 25:10) hesabı ilə qalib gəlib.

“Turan” – “Gəncə” oyunu Tovuz Olimpiya İdman Kompleksində, digər iki qarşılaşma isə Azərbaycan Voleybol Federasiyasının idman zalında olub.

10:00

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 12-ci tura start veriləcək.

İdman.Biz xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutacaq.

“Turan” doğma meydanda “Gəncə”ni qəbul edəcək. Görüş saat 17:00-da Tovuz Olimpiya İdman Kompleksində başlayacaq.

Günün digər oyunlarında “Azərreyl” saat 16:00-da UNEC-lə, “Abşeron” isə saat 18:00-da “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gələcək. Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.

İdman.Biz