Kişi voleybolçuların Yüksək Liqasında 12-ci tura yekun vurulacaq

4 Fevral 2026 10:48
96
Kişi voleybolçuların Yüksək Liqasında 12-ci tura yekun vurulacaq

Bu gün kişi voleybolçuların Yüksək Liqasında 12-ci tura yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, turun son oyun günündə iki görüş keçiriləcək.

Saat 16:00-da “Neftçi” “Murov Az Terminal”la, 18:00-da isə “Ordu” “Xilasedici” ilə qarşılaşacaq.

Hər iki matç Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

İdman.Biz