Azərbaycan Yüksək Liqası: “Abşeron” UNEC-i məğlub edib - YENİLƏNİB

30 Yanvar 2026 20:22
282
Azərbaycan Yüksək Liqası: “Abşeron” UNEC-i məğlub edib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 11-ci turun növbəti oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, UNEC-lə qarşılaşan “Abşeron” 3:0 (26:24, 25:21, 26:24) hesablı qələbəyə sevinib.

Matç Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.

Qeyd edək ki, 11-ci tura sabah yekun vurulacaq.

11:03

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 11-ci turun növbəti oyunu keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Abşeron” UNEC-lə üz-üzə gələcək.

Qarşılaşma saat 17:00-da Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.

Qeyd edək ki, 11-ci tura sabah yekun vurulacaq.

İdman.Biz
Məqalədə: