Voleybol üzrə Azərbaycan Yüksək Liqasında 11-ci turun növbəti matçları baş tutub - YENİLƏNİB

29 Yanvar 2026 20:25
290
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında 11-ci turun növbəti matçları baş tutub

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında 11-ci turun növbəti oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, kişilərin mübarizəsində günün yeganə matçı Abşeron Olimpiya İdman Kompleksində təşkil olunub.

Burada “Gənclər” kollektivi “Xilasedici”yə 0:3 (18:25, 18:25, 14:25) hesabı ilə uduzub.

Qadınların çempionatında isə “Turan” “Gənclər”i 3:0 (25:20, 25:11, 25:17), “DH Volley” isə "Azərreyl"i 3:0 (25:13, 27:25, 25:15) hesabları ilə məğlub ediblər.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

09:32

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında 11-ci turun növbəti matçları baş tutacaq.

İdman.Biz xəbər verir ki, kişilərin mübarizəsində günün yeganə matçı Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq.

“Gənclər” - “Xilasedici” oyunu saat 17:00 start götürəcək.

Qadınların çempionatında isə saat 16:00-da “Gənclər” “Turan”la, 18:00-da “DH Volley” “Azərreyl”lə qarşılaşacaq.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.

İdman.Biz