“Yalnız qələbə üçün oynayacağıq” - Ruslan Jbankovun İDMAN.BİZ-ə AÇIQLAMASI

1 Aprel 2026 16:39
144
“Yalnız qələbə üçün oynayacağıq” - Ruslan Jbankovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Kişilər arasında voleybol üzrə Yüksək Liqanın yekunlarına əsasən müəyyənləşən yarımfinalçılar sırasında “Murov Az Terminal” klubu da yer alıb. Komanda ötən mövsümün qalibi olan “Azərreyl”i qabaqlamağa nail olub.

klubun baş məşqçisi Ruslan Jbankov İdman.Biz-ə müsahibəsində yetirmələrinin mövsümün favoriti sayılan “Xilasedici” ilə qarşılaşmadakı şanslarını dəyərləndirib.

“Mən başa düşürəm ki, cütlüyümüzdə kim favorit sayılır, amma deyildiyi kimi, top yumrudur və hər şey baş verə bilər. Biz yalnız qələbə üçün oynayacağıq. Mübarizə aparacağıq və Xilasediciyə qalib gəlməyə ümid edirik – əks halda, ümumiyyətlə meydana çıxmağın nə mənası var?

Pley-off tamamilə fərqli məsuliyyət səviyyəsidir. Hazırda ən vacib məsələ komandanın iradə göstərməsidir. Qələbə əyilməz xarakter nümayiş etdirən tərəfin olacaq”, – deyə Ruslan Jbankov bildirib.

Xatırladaq ki, yarımfinal seriyalarında “Neftçi – “Ordu” və “Xilasedici” – “Murov Az Terminal” qarşılaşmaları aprelin 7 və 14-də keçiriləcək.

İdman.Biz