Portuqaliyalı hücumçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqasının 20-ci turunda “Ər-Riyad” ilə qarşılaşacaq “Əl-Nəsr”in heyətinə daxil edilməyib.
İdman.Biz xəbər verir ki, oyun bu gün Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Şahzadə Faysal bin Fəhd” stadionunda keçiriləcək.
“Əl-Nəsr”in mətbuat xidməti tərəfindən dərc edilən komandanın heyətində portuqaliyalı hücumçu nə start heyətində, nə də ehtiyat oyunçu kimi göstərilməyib. Ronaldu 2025/2026-cı il mövsümündə “Əl-Nəsr”in əvvəlki 19 oyununun hamısında start heyətində meydana çıxıb.
Daha əvvəl bildirilirdi ki, Kriştianu Ronaldu klubun Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (DIF) tərəfindən idarə olunmasından narazıdır və oyunları boykot etməklə hədələyib.
