“Əl-Hilal” Kərim Benzema ilə müqavilə imzalayıb - Sabuncuoğlu - YENİLƏNİB

2 Fevral 2026 22:14
116
“Əl-Hilal” Kərim Benzema ilə müqavilə imzalayıb - Sabuncuoğlu

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu fransız hücumçusu Kərim Benzema ilə müqavilə imzalayıb. Bu barədə məlumatı insayder Yağız Sabuncuoğlu sosial media platforması X-də paylaşıb. Mənbənin məlumatına görə, hücumçu 18 aylıq müqavilə imzalayıb.

Daha əvvəl Benzemanın təklif olunan müqavilədən narazı qaldığı üçün “Əl-İttihad”ın Səudiyyə Ərəbistanı Premyer Liqası matçında oynamaqdan imtina etdiyi bildirilirdi. Mediada yayılan xəbərlərə görə, oyunçu Avropaya qayıtmağı düşünür.

Daha əvvəl mediada "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldunun Benzemanın “Əl-İttihad”dan “Əl-Hilal”a keçidinə qarşı çıxdığı bildirilirdi. Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu “Əl-Nəsr”, “Əl-İttihad”, “Əl-Hilal” və “Əl-Əhli” klublarına sahibdir.

20:55

Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (DİF) fransız hücumçusu Kərim Benzemanın “Əl-İttihad”dan “Əl-Hilal”a transferi ilə bağlı danışıqları müvəqqəti olaraq dayandırıb.

İdman.Biz bildirir ki, bu barədə jurnalist Saşa Tavolyeri sosial media platforması X-də məlumat verib.

Mənbənin məlumatına görə, Benzema ilə müqavilə Kriştianu Ronaldunun DİF-in “Əl-Nəsr”ə əlavə transfer vəsaiti ayırmaq istəməməsindən narazılığından sonra müvəqqəti olaraq dayandırılıb. Mediada əvvəllər portuqaliyalnın oyunları boykot etməklə hədələdiyi bildirilirdi.

Bazar ertəsi, 2 fevral tarixində Ronaldu bu mövsüm ilk dəfə komandasının heyətində yer almayıb. O, Səudiyyə Ərəbistanı Pro Liqasının 20-ci tur matçı üçün heyətə daxil edilməyib. Xatırladaq ki, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu “Əl-Nəsr”, “Əl-İttihad”, “Əl-Hilal” və “Əl-Əhli” klublarına sahibdir.

İdman.Biz