Bu gün Misli Premyer Liqasının 18-ci turu çərçivəsində ikinci qarşılaşma Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Zirə” “Sabah”i qəbul edəcək.
Oyun saat 17:00-da başlayacaq. “Sabah” 40 xalla turnir cədvəlinin birinci pilləsində yer alıb. 29 xala malik “Zirə” isə dördüncüdür.
Misli Premyer Liqası
İkinci dövrə, 18-ci tur
31 yanvar
17:00. “Zirə” - “Sabah”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun açılış matçında “Sumqayıt” “Karvan-Yevlax”a 2:0 hesabı ilə qalib gəlib. “Qəbələ” isə “İmişli”ni 3:2 hesabı ilə məğlub edib. 18-ci tura fevralın 1-də yekun vurulacaq.
