Avstriyalı gənc müdafiəçisi “Milan”a keçə bilər

31 Yanvar 2026 11:00
117
Avstriyalı gənc müdafiəçisi “Milan”a keçə bilər

"Bavariya"nın sağ cinah müdafiəçisi Maqnus Dalpias karyerasını "Milan"da davam etdirə bilər.

İdman.Biz xəbər verir ki, İtaliya KİV-in məlumatına görə, "rossoneri" artıq Münhen klubunun rəhbərliyi və 18 yaşlı futbolçunun nümayəndələri ilə danışıqlar aparır.

Tərəflərin növbəti görüşü bu günə planlaşdırılıb.

Gözlənilir ki, avstriyalı futbolçu "Milan"ın əsas komandası ilə məşqlərə cəlb olunacaq və oyun praktikasını klubun ikinci komandasında qazanacaq. Hazırda İtaliya klubu "Bavariya"ya futbolçunun icarəyə götürülməsi və sonradan satınalma hüququnun əldə edilməsi variantını təklif edir. Münhen təmsilçisi isə razılaşmaya prioritet geri satınalma hüququnun daxil edilməsində israrlıdır.

İdman.Biz
Məqalədə: