Bu gün Misli Premyer Liqasında 18-ci turun ikinci oyunu “Qəbələ” “İmişli” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 17:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Kamranbəy Rəhimov idarə edəcək.
Turnir cədvəlində qonaqlar 18 xalla doqquzuncu, meydan sahibləri isə 11 xalla on birinci yerdədir.
Misli Premyer Liqası
İkinci dövrə, 18-ci tur
30 yanvar
17:00. “Qəbələ” - “İmişli”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, tura fevralın 1-də yekun vurulacaq.
