Robin van Persininin oğlu ağır zədə alıb - FOTO/VİDEO

30 Yanvar 2026 09:50
138
Robin van Persininin oğlu ağır zədə alıb - FOTO/VİDEO

Robin van Persininin oğlu Şakil van Persi Avropa Liqasının qrup mərhələsində “Betis”ə qarşı keçirilən oyunda ağır diz zədəsi alıb.

İdman.Biz xəbər verir ki, görüş zamanı yerə yıxılan gənc futbolçu ayağa qalxa bilməyib və meydanı müstəqil şəkildə tərk edə bilməyib.

O, xərəkdə stadiondan çıxarılıb və bu anlar tribunada olan atası Robin van Persininin gözü önündə yaşanıb.

Zədənin dəqiq diaqnozu və bərpa müddəti hələlik açıqlanmayıb.

Qeyd edək ki, “Feyenoord” Avropa Liqasında uğursuz çıxış edərək qrup mərhələsini 29-cu pillədə tamamlayıb və turnirlə vidalaşıb.

İdman.Biz