Bu gün “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunda İngiltərənin “Liverpul” klubu qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, görüş “Enfild Roud” stadionunda, Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.
Oyunu slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.
Qeyd edək ki, Mersisayd təmsilçisi hazırda 15 xalla dördüncü pillədə qərarlaşıb. “Qarabağ” 10 xalla 18-ci sıradadır.
