Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək

Xəbərlər
25 Yanvar 2026 09:20
83
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək

Bu gün Misli Premyer Liqasının 17-ci turu çərçivəsində növbəti qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək.

Oyun saat 16:00-da başlayacaq. “Turan Tovuz” 27 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alıb. 27 xala malik “Sumqayıt” isə beşincidir.

Misli Premyer Liqası
İkinci dövrə, 17-ci tur
25 yanvar (bazar)
16:00. “Turan Tovuz” - “Sumqayıt”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

İdman.Biz
Məqalədə: