2026 Dünya Çempionatının həyəcanı bütün yer kürəsini bürüyərkən, iraqlı bir azarkeşin Meksika səfəri sosial şəbəkələrin gündəmini zəbt edib.
İdman.Biz xəbər verir ki, turnirin seçmə mərhələ oyunlarını yerində izləmək istəyən şəxsin qərarı hər kəsi təəccübləndirib.
İraqlı tərəfdar Meksikada keçirilən qarşılaşmalara tək deyil, dörd xanımı ilə birgə yollanıb. Onun dörd həyat yoldaşı ilə birgə uzaq məsafə qət etməsi sosial media istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.
Fərqli mədəni detalları gündəmə daşıyan bu hadisə qısa müddətdə müxtəlif platformalarda yayılaraq viral olub.
