Azərbaycan Premyer Liqası: "Sabah" "Karvan-Yevlax"la qarşılaşacaq

Xəbərlər
25 Yanvar 2026 09:30
80
Azərbaycan Premyer Liqası: "Sabah" "Karvan-Yevlax"la qarşılaşacaq

Misli Premyer Liqasının 17-ci turu çərçivəsində günün ikinci oyunu Bank Respublika Arenada keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Sabah” “Karvan-Yevlax”la qarşılaşacaq.

Oyun saat 18:30-da başlayacaq. “Sabah” hazırda 37 xalla turnir cədvəlində liderdir və bir oyun az keçirməklə "Qarabağ"ı da bir xalla qabaqlayır. “Karvan-Yevlax” isə altı xalla sonuncu - 12-ci pillədədir.

Misli Premyer Liqası
İkinci dövrə, 17-ci tur
25 yanvar (bazar)
18:30. “Sabah” - “Karvan-Yevlax”

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov.

Bank Respublika Arena.

İdman.Biz
Məqalədə: