Bu gün “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adı bəlli olacaq.
İdman.Biz xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Liqa mərhələsini 22 pillədə başa vuran təmsilçimiz “səpələnməmişlər” səbətində yer alacaq.
Qeyd edək ki, “Qarabağ” - PSJ/”Nyukasl” cütünün qalibi 1/8 finalda Liqa mərhələsini beşinci pillədə başa vuran “Barselona” və ya altıncı yerin sahibi “Çelsi” ilə üz-üzə gələcək.
