Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çelenc Kubokunun matçına təyinat alıb

4 Fevral 2026 12:27
106
Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çelenc Kubokunun matçına təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.

Z.Gözəlbəyli qadın voleybolçular arasında Çelenc Kubokunun 1/4 final mərhələsində Yunanıstanın “Panionios” və Kiprin “Olimpiada Neapolis” komandaları arasında keçiriləcək oyunda supervayzer funksiyasını yerinə yetirəcək.

Fevralın 5-də Yunanıstanda baş tutacaq qarşılaşmanın hakimləri polşalı Tomaş Yanik və rumıniyalı Darius Dumitru Meska olacaq.

İdman.Biz