Argentinalı hücumçu Mauro İkardi Türkiyənin “Qalatasaray” klubunun bütün zamanların ən yaxşı əcnəbi qolçusu olub.
İdman.Biz xəbər verir ki, o, Türkiyə kubokunda “İstanbulspor” üzərində 3:1 hesablı qələbə qazandıqları oyunda klub üçün 73-cü qolunu vurub.
Bu nailiyyət İkardiyə klub üçün 72 qol vuran rumıniyalı yarımmüdafiəçi Georgi Hacinin əvvəlki rekordunu keçməyə imkan verib.
Mauro İkardi 2022-ci ildə “Qalatasaray”la müqavilə imzalayıb və onun müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. Daha əvvəl bildirilirdi ki, Türkiyə klubu İkardinin müqaviləsini daha iki-üç il uzatmaq istəyir, lakin bunun üçün əmək haqqının əhəmiyyətli dərəcədə azaldılması şərti qoyulub - ildə 10 milyon avrodan 8,5 milyon avroya qədər. Transfermarkt-a görə, oyunçunun hazırkı bazar dəyəri 6 milyon avrodur.
