“Valensiya” Kral Kuboku matçında “Atletik Bilbao”ya məğlub olub

5 Fevral 2026 02:23
82
“Valensiya” Kral Kuboku matçında “Atletik Bilbao”ya məğlub olub

“Valensiya” və “Atletik Bilbao” arasında keçirilən İspaniya Kral Kuboku mövsümünün 1/4 final matçı başa çatıb.

İdman.Biz xəbər verir ki, oyun Valensiyadakı “Mestalya” stadionunda oynanılıb. Oyunun baş hakimi Viktor Qarsiya Verdura olub. Matç qonaqların xeyrinə 2:1 hesabı ilə başa çatıb.

Hesab matçın 26-cı dəqiqəsində açılıb. “Valensiya”nın hücumçusu Umar Sadiq topu öz qapısına vurub. 35-ci dəqiqədə Sadiq artıq “Atletik”in qapısına qol vuraraq hesabı bərabərləşdirib. Qələbə qolunu 90+6-cı dəqiqədə qonaqların yarımmüdafiəçisi İnaki Uilyams vurub.

İspaniya Kubokunun digər dörddəbir final matçında “Real Sosyedad” səfərdə “Alaves”dən üstün olub – 3:2.

İdman.Biz