“Ştutqart” “Holşteyn”i məğlub edərək Almaniya Kubokunun yarımfinalına vəsiqə qazanıb

5 Fevral 2026 02:34
176
“Ştutqart” “Holşteyn”i məğlub edərək Almaniya Kubokunun yarımfinalına vəsiqə qazanıb

“Holşteyn” və “Ştutqart” arasında keçirilən Almaniya Kubokunun dörddəbir final matçı başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Almaniyanın Kil şəhərindəki “Holşteyn” stadionunda oynayıblar. Matçı hakim Tobias Velz idarə edib. Qonaqlar 3:0 hesabı ilə qalib gəliblər.

Oyunun ilk qolunu Deniz Undav vurub. Qonaq komandanın hücumçusu ikinci hissədə, 56-cı dəqiqədə fərqlənib. “Ştutqart”ın hücumçusu Kris Fyurix 89-cu dəqiqənin sonlarında, yarımmüdafiəçi Atakan Karazor isə 90+2-ci dəqiqədə matçın növbəti qollarını vurublar.

Beləliklə, “Ştutqart” Almaniya Kubokunun yarımfinalında oynayacaq, “Holşteyn” isə turnirdən kənarlaşdırılacaq.

Hazırkı Almaniya Kubokunun sahibi finalda “Arminiya”nı 4:2 hesabı ilə məğlub edən “Ştutqart”dır.

İdman.Biz