Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 13-cü turun matçları baş tutub - YENİLƏNİB

11 Fevral 2026 20:48
266
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 13-cü turun matçları baş tutub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 13-cü turun oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, “Ordu” ilə qarşılaşan “Murov Az Terminal” 3:0 (25:17, 25:17, 25:12) hesablı qələbə qazanıb.

“Neftçi” “Gənclər”i 3:0 (26:24, 25:23, 25:18), “Xilasedici” isə “Azərreyl”i 3:0 (25:22, 25:21, 25:20) məğlub edib.

09:47

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 13-cü turun matçları baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 16:00-da “Murov Az Terminal” “Ordu” ilə, 18:00-da isə “Xilasedici” “Azərreyl”lə qarşılaşacaq.

Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

Günün son qarşılaşması “Gənclər” və “Neftçi” kollektivləri arasında baş tutacaq. Bu görüş Abşeron Olimpiya İdman Kompleksində, saat 17:00-da start götürəcək.

İdman.Biz