Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 14-cü tura start verilib - YENİLƏNİB

19 Fevral 2026 21:18
275
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 14-cü tura start verilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 14-cü tura start verilib.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

Günün ilk oyununda “DH Volley” “Gənclər”i 3:0 (25:10, 25:11, 25:10) hesabı ilə məğlub edib. Daha sonra “Abşeron” “Azərreyl”ə qalib gəlib - 3:2 (19:25, 22:25, 25:11, 25:23, 16:14).

Hər iki oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.

10:43

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 14-cü tura start verilir.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.

Günün açılış qarşılaşması saat 16:00-da keçiriləcək. Bu oyunda “Gənclər” komandası “DH Volley” ilə münasibətlərə aydınlıq gətirəcək.

Saat 18:00-da isə növbəti qarşılaşma baş tutacaq - “Azərreyl” voleybolçuları “Abşeron” kollektivi ilə üz-üzə gələcəklər.

Hər iki matç Azərbaycan Voleybol Federasiyasiyasının idman zalında təşkil ediləcək.

İdman.Biz