İspaniya La Liqasının 24-cü turunun “Jirona” və “Barselona” arasındakı oyunu başa çatdı.
İdman.Biz bildirir ki, matçda “Jirona” 2:1 hesablı qələbə qazanıb.
Qarşılaşma Jironanın “Estadio Municipal de Montilivi” stadionunda baş tutub.
59-cu dəqiqədə Pau Kubarsi hesabı açaraq “blauqrana”nı hesabda irəli çıxarıb. 62-ci dəqiqədə Tomas Lemar bərabərlik qolunu vurub. 87-ci dəqiqədə Fran Beltran qələbə qoluna imza atıb.
Bu oyundan sonra “Jirona” İspaniya çempionatının turnir cədvəlində 29 xalla 12-ci, “Barselona” isə 58 xalla ikinci yerdədir. “Real Madrid” 60 xalla çempionata liderlik edir.
