Lamin Yamal ilk dəfə əsas vaxtda penaltidən yararlana bilməyib - VİDEO

17 Fevral 2026 01:45
63
Lamin Yamal ilk dəfə əsas vaxtda penaltidən yararlana bilməyib

“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal La Liqanın 24-cü turunda “Jirona” ilə oyunda penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Bu, oyunçunun əsas vaxtda penalti zərbəsini dəqiq yerinə yetirə bilmədiyi ilk hal idi.

Yamal əvvəlki mövsümlərdə həm katalonlar, həm də İspaniya millisi üçün üç dəfə penalti zərbəsindən qol vurmuşdu. Qeyd etmək lazımdır ki, hücumçu daha əvvəl Niderlanda qarşı Millətlər Liqası matçının penalti seriyasında zərbəni dəqiq yerinə yetirə bilməmişdi. Bu mövsüm Lamin 31 matçda 15 qol vurub və 13 məhsuldar ötürmə edib.

İdman.Biz